Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Türkiyədə antiterror əməliyyatı keçirilib: 70 nəfər şübhəli şəxs qismində saxlanılıb

Türkiyədə PKK terror qruplaşması əleyhinə irimiqyaslı antiterror əməliyyatı keçirilib.

“Report”un məlumatına görə, bu barədə “Habertürk” xəbər verib.

Məlumatda bildirilir ki, helikopter dəstəkli əməliyyat İstanbulda keçirilib. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının müxtəlif ünvanlarda keçirdikləri əməliyyat zamanı 70 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Əməliyyat zamanı müxtəlif növ odlu silahlar, çoxlu sayda sursat, habelə təşkilati sənəd ilə şifrələnmiş rəqəmsal vəsaitlər müsadirə olunub. Məlumata görə, bununla da PKK terror qruplaşmasının yaxın günlərdə planlaşdırdığı bir sıra terror əməliyyatlarının qarşısı alınıb.

Hüquq-mühafizə orqanları daha 34 şübhəlinin də yaxalanması üçün tədbirləri davam etdirirlər.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir