Şənbə , 27 İyul 2024
Drone Cameras

Nardaran sakinindən tüfəng və süngü-bıçaq götürülüb

Nardaran sakinindən tüfəng və süngü-bıçaq götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb və o tutulub.

Bundan başqa, Şamaxı rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çarhan kənd sakinləri Orxan İsayevdən və Niyaməddin Lətifovdan müvafiq sənədləri olmayan “TOZ-34” və “İJ-18” markalı ov tüfəngləri götürülüb.

Həmçinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini Kamal Qafarovdan pnevmatik tapança götürülüb.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir