Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağ Ev ABŞ-ın Kiyevdəki səfirliyində amerikalı əsgərlərin olduğunu təsdiqləyib

“ABŞ hərbçiləri bu ölkənin Ukraynadakı səfirliyinin ərazisindədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bəyan edib.

Kirbi sözügedən hərbçilərin döyüş meydanında vuruşmadığını və ABŞ prezidenti Cozef Baydenin Amerika əsgərlərinin Ukraynada döyüşməyəcəyinə dair mövqeyinin dəyişmədiyini bildirib.

“Təfərrüatlar və ya əsgərlərin sayı barədə danışmayacağam. Səfirlikdə kiçik bir ABŞ hərbi bölməsi var. Onlar səfirliyə təhkim edilib”.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …