Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ağ Ev: Bayden Çin rəhbərinə ABŞ-ın Tayvanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Szinpinə telefonla Birləşmiş Ştatların Tayvanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Prezident Bayden Tayvandan danışarkən vurğuladı ki, ABŞ-ın siyasəti dəyişməyib, Birləşmiş Ştatlar qəti şəkildə status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli cəhdlərə qarşıdırlar”, – Ağ Evin bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, liderlər ABŞ və Çin arasında ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri, regional və qlobal məsələləri müzakirə ediblər. Bəyanatda Bayden və Si Cinpinin Ukraynadakı vəziyyəti müzakirə edib-etmədiyi göstərilmir, lakin əvvəllər Çinin Xarici İşlər Nazirliyi ölkə liderinin həmsöhbətinə bu məsələ ilə bağlı ölkəsinin mövqeyini xatırlatdığını qeyd edib.

Ağ Ev qeyd edib ki, telefon danışığı Bayden administrasiyasının iki ölkə arasında münasibətləri dərinləşdirmək səylərinin bir hissəsi olub.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …