Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağaevli Əli Hacı : – Dünya gündəliyindən…

Qanım-sürət qatarında,

Kirlənmiş damarlarımda fit səsləri !

Bədənim bölgü sistemində…

Hər yeri-Ruhumun əsirləri !

Sözdən ağır yükü yoxdu dünyanın,

Içinin göz yaşıdı-üzündəki suları !

Dünyanın ən böyük məktəbidir-

Oğul,qız böyüdən ev qadınları !

Dənizlərin boyu sahilə qədər,

Torpaq yaratdığıyla ölüm davasında !

Hər gün sulanan çiçək kimiyəm,

Boyum-yaşamaq sevdasında !

Doğulan kimi yeriyir heyvan balası,

Quşlar da tük paltarıyla doğulur,

Yeridiyin yolun havası,

Öz yük paltarıyla doğulur !

Daş,özünü bərkitməkçün içində su saxlayır

Dəmirsə, içindəki boşluqdan əyilir !

Ağacların qiyməti təkcə barında deyil ki,

Kölgəsiylə də deyilir !

Səhəriylə,axşamıyla

Vərəq-vərəqdi dünya !

Əllərimlə toxuna bilmirəm,

Hələ,körpədi DÜNYA !

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …