Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ağayev Milli Qəhrəmanın doğulduğu evi ziyarət edib.

İsmayıl Ağayev Milli Qəhrəmanımızın doğulduğu evi ziyarət etdi. Böyükmillet.com BDM mətbuat xidmətinə istinadən xəbər verir ki, Bu gün Beynəlxalq Diaspor Mərkəzinin sədri, DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev  Biləsuvar rayonunda səfərdə olmuşdur. BDM sədri Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü münasibətilə onun doğulduğu kənd də ailəsini ziyarət etmişdi. Qəhrəmanımızın atası Hacı Ağakərim ilə görüşərək Mübarizin xatirəsini yad etmiş, onun göstərdiyi böyük şücaətlə bağlı söhbətləşmişlər.

Daha sonra İ.Ağayev Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevlə görüşmüşdü. Görüşdə ölkəmizdə o cümlədən Biləsuvar rayonunda aparılan quruculuq işləri ilə bağlı fikir mübadiləsi edilmişdi. Eyni zamanda rayonda vətənpərvərlik hisslərinin təbliği istiqamətində birgə tədbirlərin keçirilməsi ilə bağlı ümumi razılıq əldə olunmuşdu.

 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir