Bazar , 25 Yanvar 2026
Drone Cameras

Əmək pensiyaları artırıldı – Sərəncam

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, Sərəncamda pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə həvalə edilib.

Check Also

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir