Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub

Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək.

Qeyd edək ki, Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …