Prezident İlham Əliyev “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ağdam və Tərtər rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı aşağıdakı kimidir:
Sıra№-si | Rayonunadı | Quyularınsayı, ədəd | Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
Ağdam | 10 | Bəybabalar kəndi | 88 | |
Çəmənli kəndi | 3463 | |||
Ergi massivi (3 quyu) | 1151 | |||
Quzanlı qəsəbəsi | 3287 | |||
Mahrızlı kəndi | 1958 | |||
Paşabəyli kəndi | 764 | |||
Səfərli qəsəbəsi | 1017 | |||
Təzəkənd kəndi | 445 | |||
Tərtər | 10 | Bayandur kəndi | 680 | |
Evoğlu kəndi | 2310 | |||
Əksipara kəndi | 1205 | |||
Hacıqərvənd kəndi | 2925 | |||
İrəvanlı kəndi | 1072 | |||
İsmayılbəyli kəndi | 1607 | |||
Qaynaq kəndi | 1916 | |||
Şıxarx qəsəbəsi | 476 | |||
Yuxarı Sarıcalı kəndi | 1204 | |||
Zolgəran kəndi | 382 | |||
Cəmi: | 20 | 18 |