Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Ağsuda istismar müddəti başa çatan qaz xətləri yenilənir – VİDEO

SOCAR “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Boyukmillet.com xəbər verir ki, Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır.

Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur.

Yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.

Ətraflı video materialda:

Check Also

Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

“Premium benzinin 2024-cü ildə il bir tonun orta idxal qiyməti 938 dollar olduğu halda, 2025-ci …