Bazar , 11 Yanvar 2026
Drone Cameras

Aİ Azərbaycanla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir

Avropa İttifaq (Aİ) müxtəlif tərəfdaşlarla enerji daşıyıcıları tədarükünün şaxələndirilməsini müzakirə edir.

Boyukmillet.com “RİA Novosti”yə istindən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Ümumilikdə, biz uzun müddətdir etibarlı tərəfdaşlıq etdiyimiz Norveçdən tutmuş hamı ilə müzakirələr aparırıq. Bundan başqa, Qətər, Azərbaycan və Misirlə də müzakirələr aparılır. Təbii ki, ABŞ da mühüm rol oynayır. Fevralın 7-də ABŞ-da Enerji sammiti keçirəcəyik”, – siyasətçi xanım deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden ilə strateji enerji tərəfdaşlığına təşəbbüs göstərilib. Söhbət ilk növbədə sıxılmış təbii qazdan gedir.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …