Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Bakı və İrəvan arasında qarşılıqlı etimadı gücləndirmək və ölkələr arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün addımlar atmaq barədə razılaşmanı alqışlayıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram”, – O.Varhelyi qeyd edib.

O, həmçinin Aİ-nin hər iki ölkəyə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …