Bazar , 11 Yanvar 2026
Drone Cameras

Aİ Çindən gələn 2 500-ə yaxın konteyneri müsadirə edib

Avropa Prokurorluğu Yunanıstanın Pirey limanında Çin malları olan 2,4 mindən çox konteyneri müsadirə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşri qurumun məlumatlarına istinadən yazır.

Prokurorluğun məlumatına görə, konteynerlər əsasən elektrikli velosipedlər, tekstil və ayaqqabı ilə dolu idi. Aİ-yə malların qanunsuz idxalı sxemi ən azı səkkiz il ərzində fəaliyyət göstərib və birliyin və onun üzvlərinin büdcəsinə təxminən 800 milyon avro ziyan vurub.

Artıq iki Yunanıstanın iki gömrük əməkdaşı da daxil olmaqla altı nəfərə qarşı ittiham irəli sürülüb.

Hazırda tərkibinin dəyəri təxminən 250 milyon avro qiymətləndirilən konteynerlərə baxış başlayıb. Onlardan yalnız 500-də elektrikli velosipedlər aşkar edilib ki, bunlardan da 360-ı ehtimal ki, bəyan edilməyib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …