Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Aİ ölkələrinin XİN başçıları Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Polşa və Belarus arasında miqrasiya böhranı ilə bağlı müzakirə aparacaqlar.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell tvitterdəki səhifəsində xəbər verib.

Borrell bildirib ki, o, Polşa və Litvanın xarici işlər nazirləri – Zbiqnev Rau və Qabrielyus Landsberqislə Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı danışıqlar aparıb.

Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Polşa-Belarus sərhədindəki vəziyyətlə bağlı gələcək addımlar bu gün Xarici İşlər Nazirləri Şurasında müzakirə olunacaq.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …