Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Aİ Ukraynanın keçmiş prezidentinə qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra qarşı yeni sanksiyalar tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, Aİ Rusiyanın Ukraynada apardığı müharibəyə cavab olaraq əlavə iki şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

2021-ci ilin martında Avropa İttifaqı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onun ətrafına qarşı sanksiyaların müddətini bir il müddətinə uzatmaq qərarına gəlib.

Check Also

Venesuela ABŞ təhdidlərini psixoloji müharibənin yeni forması adlandırıb

ABŞ-nin Venesuelaya təhdidləri imperializmin və psixoloji müharibənin yeni formasıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə …