Bazar , 19 Yanvar 2025
Drone Cameras

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər

“Brüsseldə Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Amma bu sanksiyalar paketində enerji təchizatına əlavə məhdudiyyətlər nəzərdə tutulmur”.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırılıb. Bu sanksiyalar hələ ki əsasən qaydaların aydınlaşdırılmasına aiddir və enerji resurslarının nəqlinə heç bir məhdudiyyət qoymur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Aİ-yə üzv olan bəzi dövlətlərin səylərinə baxmayaraq, “Qazprombank”a qarşı sanksiyalar tətbiq olunmayacaq.

Nazir məlumat verib ki, yeni sanksiyalar paketinə 48 fiziki şəxs, o cümlədən Rusiyanın Baş nazirinin müavinlərindən biri, bir neçə regional lider və 9 təşkilat daxil ediləcək.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …