Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək

Türkiyənin ən böyük sərhədi Suriya ilədir.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş “CNN Türk”ün efirində deyib.

O bildirib ki, Türkiyə öz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün çalışır: “Bu, Türkiyənin haqqıdır. Türkiyə İŞİD-ə qarşı ciddi mübarizə aparır. Həmçinin YPG, PKK kimi terror təşkilatlarının “terroristan” adlı dövləti yaratmasına imkan verməməsi də Türkiyənin ən təbii hüququdur”.

Siyasətçinin sözlərinə görə, Türkiyədəki suriyalılar könüllü şəkildə öz ölkələrinə qayıdırlar: “Bu rəqəmlər getdikcə artır. Fikrimcə, Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək”.

M.Elitaş həmçinin vurğulayıb ki, normallaşma prosesindən narahat olan qüvvələr də var.

Check Also

İranda nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib

İranın paytaxtı Tehranın qərbində nüvə müəssisəsinin yaxınlığında yanğın meydana gəlib. Boyukmillet.com xəbər verir ki, məlumatı …