Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Akopyanın var-dövləti ŞOK ETDİ

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun daha bir iddiasını icraata götürüb.

Boyukmillet.com erməni mediasına istinadən xəbər verir ki, söhbət yerli fövqəladə hallar nazirinin keçmiş müşaviri Aşot Akopyana və onunla bağlı şəxslərə məxsus qanunsuz mənşəli əmlakın müsadirəsindən gedir.

Baş Prokurorluğun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə əsasən, dövlət xeyrinə aşağıdakı əmlakların müsadirəsi tələb olunur:

İrəvanda yerləşən 2 daşınmaz əmlak obyekti

2 nəqliyyat vasitəsi

124 milyon 570 min dram həcmində qanunsuz əldə edilmiş pul vəsaiti (təxminən 325 min dollar)

79 milyon 540 min dram (208 min dollar) məbləğində, qanuni gəlirlərlə təsdiqlənməmiş, mənşəyi qeyri-qanuni olan və ya etibarlı üçüncü şəxslərə ötürülmüş və ya izini itirmiş vəsait

Yerli baş prokurorluğa görə, bu əmlaklar Aşot Akopyanın qanuni gəlirləri ilə əsaslandırılmır və dövlətin xeyrinə müsadirə olunmalıdır.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …