Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

AKP sözçüsü erməni əsilli deputatın qondarma “soyqırımı” ilə bağlı addımını sabotaj adlandırıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o “Twitter“ hesabında paylaşım edib.

Ö. Çelik bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu təklif həm də Türkiyə ilə Ermənistan arasında başlayan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesini sabotaj etmək cəhdidir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …