Bazar , 15 Noyabr 2026
Drone Cameras

Conson və Zelenski Ukraynaya hərbi yardımın yeni mərhələsini müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna Prezidenti Vladimir Zelenski şərqi avropa ölkəsinə yeni hərbi yardım barədə razılığa gəliblər.

Boyukmillet.com “RİA Novosti“yə istinadən xəbər verir ki,bu barədə Vladimir Zelenskinin ofisinin rəhbərinin müavini Andriy Sibiqa bildirib.

Tərəflər hərbi yardımın yeni mərhələsini və gələcəkdə yenilənmiş təhlükəsizlik sistemini müzakirə ediblər.

“Biz yeni mərhələdən, yeni keyfiyyətdən, müttəfiqlərin Ukraynaya hərbi yardımının yeni mərhələsindən danışırıq. Söhbət ağır texnikadan gedir”, – deyə Sibiqa bildirib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …