Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Aktrisa Pərvin Abıyeva udduğu 5 min manatı “Mosbet”dən ala bilmir – FOTO

Tanınmış aktrisa Pərvin Abıyeva Azinforum.az-ın canlı efirində qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə maraqlı etiraflar edib.

Aktrisa bildirib ki, arada mərc oyunlarında bəxtini sınayır, ancaq “Mosbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir.

Qeyd edək ki, bu, “qara bazar”ın təmsilçisi “Mosbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil.

Bugünlərdə Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında bildirib ki, “Mosbet”dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, sırf dələduzluqla məşğul olan bu şirkəti bir çox tanınmış simalar reklam edir.

Azinforum.az

Check Also

Sürücülərə XƏBƏRDARLIQ – Diqqətli olun

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə …