Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Almaniya Gürcüstandakı səfirini geri çağırdı – Berlinlə Tiflis arasında diplomatik gərginlik

Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan hökumətinin Avropa İttifaqı, Almaniya və səfir Peter Fişerə qarşı sərt açıqlamaları səbəbindən səfirin məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb.

Boyukmillet.com-un məlumatına görə rəsmi Berlinin açıqlamasında bildirilir ki, bu addım Gürcüstan rəhbərliyinin son bəyanatlarına diplomatik reaksiya kimi atılıb və məqsəd ikitərəfli münasibətlərin gələcək istiqamətini dəyərləndirməkdir.

Məlumata görə, sabah Avropa İttifaqı Şurası yaranmış vəziyyəti xüsusi iclasda müzakirə edəcək və Tiflis ilə münasibətlərə dair ortaq mövqe formalaşdırmağa çalışacaq.

Check Also

Paşinyan Avropa Parlamentində: Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq təmin olunub

Ermənistanın Baş naziri Nikol Paşinyan martın 11-də Avropa Parlamentində çıxış edib. O, çıxışında Ermənistan–Azərbaycan münasibətləri, …