Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Almaniya XİN başçısı: Bakı ilə İrəvan arasında sülh yolunda atılan hər bir addım vacibdir

Bakı ilə İrəvan arasında sülhə doğru atılan hər bir addım böyük əhəmiyyət kəsb edir.

Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “X” sosial şəbəkəsindəki hesabında Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə ikigünlük danışıqlara münasibət bildirərkən yazıb.

“Ermənistan və Azərbaycan sülh müqaviləsinə doğru cəsarətli, lakin çətin yolla gedir. Biz federal hökumət olaraq, yaraların sağalması və sülhün əldə olunması üçün aparılan sülh danışıqlarını dəstəkləyirik. Bu yolda atılan hər bir addım vacibdir” , – paylaşımda qeyd olunub.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …