Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Almaniyada avtomobil izdihamın üzərinə sürüldü: azı 2 ölü, 80 yaralı

Polisin sürücünü nəzarətə götürdüyü deyilir

Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərindəki Milad bazarında avtomobilin izdihamın üzərinə çırpıldığı bildirilir.

Alman mediasının məlumatına görə, azı iki nəfər həlak olub. 

Regional hökumət sözçüsü hadisəni hücum adlandırıb.

Şəhər sözçüsü Maykl Reif çoxlu sayda insanın yaralandığını deyib.

Yaralıların sayının 80 nəfər civarında olduğu bildirilir. 

Yerli hökumət mənbələrinin məlumatına görə, polis sürücünü nəzarətə götürüb.

Hakimiyyət Milad bazarını bağlayıb və təcili yardım xidmətləri hadisə yerindədir.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …