Bazar , 29 Mart 2026
Drone Cameras

AMB “Bank of Baku”nun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat cərimə edib.

Boyukmillet.com xəbər verir ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …