Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

AMB rəsmisi: “Maliyyə bazarındakı aktivlərin dəyərinin dəyişməsini müşahidə edəcəyik”

Dünyadakı iqlim dəyişikliyi nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalında baş verən proseslər ərzaq qiymətlərinə bundan sonra da təsir edəcək – qiymətləri artıracaq.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən “Fintech Summit” – Maliyyə və Texnologiyalar Sərgisində Azərbaycan Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Səmra Talışinskaya-Abbasova bildirib.

“İqlim dəyişikliyi nəticəsində yaranan quraqlıqlar və digər ekoloji problemlər ölkəmiz üçün də aktualdır. Biz bu problemlər fonunda maliyyə bazarındakı aktivlərin dəyərinin dəyişməsini də müşahidə edəcəyik”, – deyə o qeyd edib.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …