Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Amerikada yaşayan azərbaycanlı idmançından növbəti qələbə – FOTO

Bu gün ABŞ-ın Nyu-York şəhərində qaydasız döyüş ( Budo döyüş növüləri – Red) üzrə yarış keçirilib.

Boyukmillet.com xəbər verir ki, yarışda çıxış edən həmyerlimiz Elgün Xanoğlanlı rəqibi, Ceremi Ruizlə qarşılaşıb.

Rəqibinə heç bir şans verməyən Elgün qarşılaşmanı 23 saniyəyə bitirib.

Qeyd edək ki, Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib, 2001-ci ildən karatenin kyokuşhin növü üzrə məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub. 2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda “Şüa” idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.

2012-ci ildə ordudan təxris olunduqdan sonra “Budo döyüş növləri federasiyası”nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə dünya çempionu tituluna yiyələnib.

Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində- İtalya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kipr Azərbaycanı ləyaqətlə təmsil edib. 2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb. ABŞ-a getdikdən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib.

Check Also

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib

Aprel ayının 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin …