Şənbə , 18 May 2024
Drone Cameras

ANAMA: “Azad edilən ərazilərdə ötən ay daha 562 mina aşkarlanıb”

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 562 mina aşkarlayıb.

Boyukmillet.com xəbər verir ki, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 142, tank əleyhinə 420 mina və 902 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 4651,45 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …