Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Anar Kərimov Tbilisi meri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə Gürcüstan və Azərbaycan arasında dostluq münasibətləri nəzərdən keçirilib.

Tərəflər əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, Tbilisi və Bakı arasında dostluq əlaqələri məsələləri ətrafında fikir mübadiləsi aparıblar.Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak edib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …