Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ankara Liviyada mərkəzi hakimiyyətlə Xəlifə Haftar arasında dialoqun tərəfdarıdır

Ankara Liviyanın mərkəzi hakimiyyəti ilə şərq bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın qüvvələri arasında konstruktiv dialoqun tərəfdarıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdən qayıdarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı və Xarici İşlər Nazirliyi vaxtaşırı Xəlifə Haftarın oğlu Səddam ilə əlaqə saxlayır: “Başqa sözlə, onlar bizdən təcrid olunmayıblar. Hesab edirik ki, Liviyada Şərq və Qərb arasında konstruktiv dialoq qurulmalıdır. Türkiyə Liviyanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin qorunmasını dəstəkləyir və bu istiqamətdə lazımi addımlar atır”.

Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, rəsmi Ankara münaqişənin ilk günlərindən Tripolidəki qanuni hökuməti dəstəkləyib.

Onun sözlərinə görə, dürüst və ədalətli seçkilər Liviyada siyasi prosesin irəliləməsinə kömək edə bilərdi.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …