Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ankarada yol qəzasında onlarla insan yaralanıb

Türkiyənin paytaxtı Ankarada Çubuk-Şabanozu magistral yolunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Boyukmillet.com bu barədə “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində səkkizi uşaq olmaqla, 20 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Halil Şıvgın Çubuk Dövlət Xəstəxanasına çatdırılıb.

Qəza səbəbindən Çubuk-Şabanozu magistral yolunda nəqliyyatın hərəkəti təxminən 1 saat dayanıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …