Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Antarktidada nəhəng buzlaq rekord sürətlə əriyir

Antarktidada Hektoria adlı buzlaq rekord sürətlə əriyir və onun sahəsi cəmi iki ay ərzində demək olar ki, 50% azalıb.

 Boyukmillet.com xəbər verir ki, bu barədə “Nature Geoscience” jurnalında dərc olunan yeni araşdırmada göstərilib.

Müasir tarixdə qeydə alınan ən sürətli ərimə dəniz səviyyələri üçün ciddi nəticələrə səbəb ola bilər.

Filadelfiya ərazisi qədər olan buzlaq adətən əvvəllər ildə bir neçə yüz metrdən çox kiçilib. Bununla belə, 2022-ci ilin noyabrından dekabr ayına qədər Hektoria 5 mil (təxminən 8 km – red.) azalıb.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, böyük buzlaqlar bu sürətlə ərisə, dəniz səviyyəsi kəskin qalxacaq. Belə ki, Antarktida qlobal dəniz səviyyəsini təxminən 190 fut (demək olar ki, 58 metr – red.) qaldırmaq üçün kifayət qədər buz var.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …