Bazar , 19 Yanvar 2025
Drone Cameras

Antoni Blinken: “Türkiyə və ərəb ölkələri Qəzzanın bərpası üzərində işləməyə hazırdır”

Dörd ərəb ölkəsi və Türkiyə ABŞ-ni İsraillə HƏMAS arasında münaqişə başa çatdıqdan sonra Qəzza zolağının bərpası və anklavın idarə olunmasının planlaşdırılmasında əməkdaşlığa hazır olduqlarına inandırıblar.

Boyukmillet.com xəbər verir ki, bunu Yaxın Şərq ölkələrində səfərdə olan ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

“Associated Press”in məlumatına görə, dövlət katibi jurnalistlərə bildirib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə Qəzzanın gələcəyini planlaşdırmaqda iştirak etməyi nəzərdən keçirəcəklər: “Ölkə liderləri Qəzzanın zolağındakı vəziyyətin sabitləşməsinə və bərpasına kömək etmək, fələstinlilər üçün siyasi yol müəyyənləşdirmək və bütövlükdə regionda uzunmüddətli sülh, təhlükəsizlik və sabitlik istiqamətində işləmək üçün əməkdaşlıq barədə razılığa gəliblər”.

Qeyd edək ki, Blinken yanvarın 4-də İsrail, Türkiyə və ərəb ölkələrinə səfərlər də daxil olmaqla, Yaxın Şərq ölkələrinə səfərə çıxıb.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …