Cümə , 26 Aprel 2024
Drone Cameras

Antoniu Quttereş Əfqanıstandakı partlayışlardan narahatlığını bildirib

BMT-nin Baş katibi Antoniu Quterreş Əfqanıstanda bu ay 250-dən çox insanın ölümü və ya yaralanması ilə nəticələnən silsilə partlayışlardan narahatlığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin mətbuat katibinin müavini Fərhan Xaq bəyanatında bildirib.

“BMT-nin Baş katibi bu ay Əfqanıstanda 250-dən çox insanın, o cümlədən uşaqların ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışlardan dərin narahatlığını ifadə edir”, – bəyanatda deyilir.

Qeyd olunur ki, BMT-nin baş katibi avqustun 17-də Kabildə məscidə törədilən son hücumu qətiyyətlə pisləyib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …