Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatlara dəstək verdiyini və bu istiqamətdə səylərini artıracağını bəyan edib
Boyukmillet.com xəbər verir ki, toplantıda cəmiyyətə üzv olan 56 qiymətləndirmə şirkətinin rəhbərləri iştirak edib.
Eləcə də bax: Daha iki şirkət AQC-yə üzv oldu – Cəmiyyətin üzvlərinin sayı 56-ya çatdı
Yığıncaq torpaqlarımızın azadlığı urğunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub.
Giriş sözü ilə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bu ilin may ayında baş tutan hesabat yığıncağından keçən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sədr bildirib ki, hesabat yığıncağından sonra cəmiyyətin tam tərkibdə rəhbər heyəti formalaşdırılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin üzvləri, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və adıçəkilən qurumların rəhbər heyətləri ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüşlər keçirilib. Bu görüşlərdə qarşılıqlı əməkdaşlıq və gələcək fəaliyyət istiqamətləri üzrə müvafiq razılaşmalar əldə olunub və işçi qrupları yaradılıb. Belə təmasların davamlı olacağını söyləyən AQC sədri əlavə edib ki, avqust ayında cəmiyyət tərəfindən “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursları təşkil olunub. “Demirçi Tauer” biznes mərkəzində keçirilən kurslarda maliyyə və bank sektorundan, qiymətləndirmə şirkətlərindən 29 iştirakçı qatılıb və onlardan 17-si kursu müvəfəqiyyətlə başa
vurub. Milli Məclisin deputatları və vətəndaş cəmiyyəti insitutunun nümayəndələri qaliblərə sertifikatlar təqdim edib.
Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) arasında razılaşmaya əsasən, qiymətləndirmə şirkətlərin fəaliyyətindən olunan şikayətlər bundan sonra ilkin rəy verilməsi üçün AQC rəhbərliyinə göndəriləcək. Eyni zamanda Ədliyyə Nazirliyi də AQC-ni rəsmi tərəfdaş qismində tanıyıb və bu barədə cəmiyyətə məlumat verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələrin yekunlaşdığını bəyan edən sədr bəzi dövlət satınalmaları və tender soğruları zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvlüyünün vacib meyar kimi irəli sürüldüyünü diqqətə çatdırıb. Rəhbəri olduğu qurumun beynəlxalq əlaqələrə xüsusi önəm verdiyini söyləyən AQC sədri Türkiyədə cəmiyyətin xüsusi nümayəndəliyinin təsis olunduğunu diqqətə çatdırıb. AQC sədrinin Türkiyə üzrə xüsusi nümayəndəsi Mikayıl Mirzəzadə ilə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci arasında görüş keçirilib və AQC sədrinin bu ay baş tutacaq Türkiyə səfəri zamanı qarşılıqlı əməkdaşlıq memorandumu imzalanacağını xatırladıb.
Cəmiyyətə daxil olan qiymətləndirmə şirkətlərinin rəhbərləri və AQC rəsmiləri-Ramil Osmanlı, Nüsrət İbrahimov, Rəşad Əliyev, Azər Niftiyev, Emin Mehdiyev, Ramil Qasımzadə, Pərviz Qulami, İbrahim Quliyev, Qasım Əliyev, Rövşən Babaxanov, Səidə Şabanova, İlham Bağırov çıxış edərək AQC-nin fəaliyyət istiqamətləri ilə bağlı təkliflər səsləndiriblər. Yığıncaqda AQC sədri Vüqar Orucun hesabat məruzəsi yekdilliklə qənaətbəxş hesab edilib. AQC Direktorlar Şurası “Qiymətləndirmə haqqında” yeni qanunun tezliklə qəbul ediləcəyinə böyük ümid bəslənildiyini və bu qanunda nəzərdə tutulan zəruri dəyişikliklərlə birlikdə qəbul edildikdən sonra qiymətləndirmə bazarının tənzimlənməsinin mümkün olacağını vurğulayıb. Üzvlük haqlarının meyarlar üzrə yenidən müəyyənləşdirilməsi ilə bağlı Direktorlar Şurası tərəfindən İdarə heyətinə müvafiq təkliflər verilib. AQC-nin elmi-metodiki jurnalının təsis olunması barədə qərar qəbul olunub. Operativliyin təmin olunması məqsədilə AQC sədri və Direktorlar Şurasının rəhbəri Vüqar Oruca 56 şirkəti tam hüquqla təmsil etmək səlahiyyəti verilib. Direktorlar Şurası ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətlə bağlı bəyanat qəbul edib. Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən kompleks və institusional islahatların ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açdığı, 44 günlük tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yarandığı öz əksini tapıb. Mürəkkəb beynəlxalq münasibətlər sistemi şəraitində ölkəmizin
iqtisadi dayanıqlığını təmin etməsindən məmnunuluq ifadə olunub. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin də bu islahatlara dəstək verdiyi və bu istiqamətdə səylərini artıracağı bəyanatda qeyd olunub.
Xatırladaq ki, AQC 1998-ci ildə təsis olunub, 1999-cu ildə isə dövlət qeydiyyatına alınıb. 20 may 2022-ci ildə quruma iqtisadçı ekspert Vüqar Oruc sədr seçilib. AQC Direktorlar Şurası bu il AQC İdarə Heyəti tərəfindən cəmiyyətdə birləşən şirkətlərin fəaliyyətini koordinasiya etmək üçün təsis edilib. Direktorlar Şurasına AQC sədri rəhbərlik edir və Şurada 56 şirkət direktoru təmsil olunur.