Avropa.info xəbər verir ki, iclasda çıxış edən deputat bildirib ki, bu gün özəl kanallar əxlaqsızlığı yayır.
Onun sözlərinə görə, yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var: “Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qayınanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz?”
Deputat deyib ki, bu gün özəl telekanallar milli mənəvi, əxlaqi dəyərlərimizə zidd verilişlər təqdim edir: “Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.
Mürtəza
Avropa.info