Bazar ertəsi , 27 May 2024
Drone Cameras

AQTA sədri: 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb

Bu günədək 6 müəssisədə gigiyena tələblərinin pozulması və uyğunsuzluqlar aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda 24 ölkədə fəaliyyət göstərən 349 qida obyekti qiymətləndirilərək təsdiq olunub:

“Bunlardan 246 müəssisədə video inspeksiya, 103 müəssisədə isə yerində qiymətləndirilmə keçirilib. Rusiya (30), Belarus (30), Türkiyə (20), İran (5), Almaniya (5), Hindistan (4), Gürcüstan (3), Ukrayna (3), Polşa (2) və Latviyada (1) yerində qiymətləndirilmə həyata keçirilib. Aparılan qiymətləndirmə nəticələrinə əsasən, 6 müəssisədə gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün həmin müəssisələrin təsdiqindən Agentliyin müvafiq qərarı ilə imtina edilib”.

Q.Təhməzli həmçinin bildirib ki, Agentliyin kollegiyası Rusiya, Böyük Britaniyanın qida obyektləri üzrə təsdiq sisteminin, Türkiyənin isə müəyyən məhsul qrupları üzrə ekvivalentliyinin qismən tanınması ilə bağlı müvafiq qərar qəbul edib:

“Digər ölkələrlə də qida obyektləri üzrə təsdiq sistemlərinin ekvivalentliyinin tanınması ilə bağlı müvafiq işlər həyata keçirilir”.

Check Also

AQTA 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlayıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət …