Şənbə , 28 Mart 2026
Drone Cameras

Ararat Mirzoyan mina xəritələrinin Ermənistanda olduğunu etiraf edib

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.

O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …