Bazar , 11 Yanvar 2026
Drone Cameras

“Asel Kredit” BOKT-un xalis mənfəəti 4 dəfə artıb

“Asel Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 167 min manat xalis mənfəətlə başa vurub.

Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,7 dəfə çoxdur.

Ötən il “Asel Kredit”in vergiyəqədərki mənfəəti 209 min manat (əvvəlki ilə nisbətən 3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 42 min manat (3,8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Asel Kredit”in aktivləri 8,029 milyon manat olub ki, bu da illik müqayisədə 13,7 % çoxdur. Bunun 6,558 milyon manatı müştərilərə verilmiş kreditlər və digər aktivlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 2,4 % böyüyüb.

Hesabat dövründə “Asel Kredit”in öhdəlikləri 20,9 % artaraq 4,386 milyon manata, balans kapitalı isə 6 % artaraq 3,642 milyon manata çatıb.

Xatırladaq ki, “Asel Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …