Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Aşqabadda Türkmənistan-Çin hökumətlərarası komitəsinin iclası keçiriləcək

Noyabrın 29-da Aşqabadda Türkmənistan-Çin hökumətlərarası əməkdaşlıq komitəsinin iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Komitənin növbəti altıncı iclasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır. Onların arasında neft-qaz sektoru, nəqliyyat və logistika, kənd təsərrüfatı, kimya və toxuculuq sənayesi, elm və təhsil, yüksək texnologiyalar, səhiyyə və s. sahələr var. İclasın sonunda protokol imzalanacaq.

Meredov xatırladıb ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Nəşr yazıb ki, Türkmənistan-Çin münasibətlərini yeni perspektivli istiqamətlərdə inkişaf etdirmək üçün müvafiq ikitərəfli saziş əsasında komitə yaradılıb. Onun strukturuna altı ixtisaslaşdırılmış alt komitə daxildir.

Check Also

Baş nazir: Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik

Tədbirin əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə …