Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

AST Telmana İsveçrədə cinayət işi açıldı, iş adamını 5 ilədək həbs gözləyir

img

Moskvanın Çerkizov bazarının keçmiş sahibi, Azərbaycan əsilli tanınmış rusiyalı iş adamı Telman İsmayılov İsveçrədə üç iqtisadi cinayətin törədilməsində şübhəli bilinir.

Boyukmillet.com Sputnik Azərbaycana istinadən xəbər verir ki, Rusiya KİV-i artıq Telman İsmayılova qarşı cinayət işi başladıldığını yazır.

Telman İsmayılov dələduzluqda, kreditorların ziyanına aktivlərin faktiki olaraq azaldılmasında və aktivlərin çıxarılmasında şübhəli bilinir. Cinayəti sübuta yetiriləcəyi halda onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Rusiya mətbuatı yazır ki, İsveçrə hüquq-mühafizə orqanlarına müraciət edən “BM-bankın” versiyasına əsasən, İsveçrədə İsmayılovun zəmanəti altında borca götürülən və kreditorlara geri qaytarılmayan vəsaitin müəyyən hissəsi gizlədilə və yuyula bilər.

 

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir