Bazar , 29 Mart 2026
Drone Cameras

ATƏT Azərbaycan və Ermənistana çağırış edib

“Cənubi Qafqazda silahlı insidentlər və insan itkiləri ilə bağlı xəbərlərdən son dərəcə narahatıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Polşanın ATƏT-dəki sədrliyi tviterdə açıqlayıb.

“Biz Azərbaycan və Ermənistanı gərginliyin azaldılması və dialoqun bərpası üçün bütün lazımi tədbirləri görməyə çağırırıq. Biz regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş bütün səyləri dəstəkləməkdə qərarlıyıq”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, yanvarın 1-dən etibarən Polşa bir illik Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …