Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb.

O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Check Also

ADB Azərbaycana rəqəmsal sektorun diaqnostikası üçün yardım göstərəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi və Qərbi Asiya ölkələrində inklüziv və dayanıqlı artımın təmin edilməsinə …