Bazar , 29 Mart 2026
Drone Cameras

ATƏT-in fəaliyyətdə olan sədri bu gün Azərbaycana səfər edəcək

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaz ölkələrində səfərdədir.

Boyukmillet.com xəbər verir ki, ATƏT sədri Gürcüstana səfəri başa vurduqdan sonra bu gün Azərbaycana gələcək.

Martın 31-də Zbiqnev Raunun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.

Azərbaycandan sonra ATƏT sədri Ermənistana yola düşəcək.

Səfərin məqsədi Cənubi Qafqaz regionunda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …