Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

ATƏT təşkilata haker hücumu edildiyini bildirib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) IT sistemlərinin hakerlərin hücumundan ziyan gördüyünü bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT təşkilatın informasiya təhlükəsizliyini təhlükə altında qoyan bu addımı ciddi insident adlandırıb.

ATƏT nümayəndəsi bildirib ki, haker hücumu olduğu noyabrın əvvəlində müəyyənləşib. Onun sözlərinə görə, hücum nəticəsində ATƏT-in kompüter sisteminin məxfiliyi təhlükə altına düşüb.

Eyni zamanda, təşkilat haker hücumunun arxasında rusiyalı hakerlər olması haqqında fərziyyələr qurmaqdan imtina edib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir