Şənbə , 27 İyul 2024
Drone Cameras

Hesablama Palatası gələn il üçün İş Planını təsdiq edib

Azərbaycan Hesablama Palatasının cari ildə sonuncu kollegiya iclası keçirilib. Palatanın sədri Vüqar Gülməmmədov 2016-cı ilin ilkin yekunları və 2017-ci ildə qarşıya qoyulan vəzifələr barədə danışıb, maliyyə nəzarətinin gücləndirilməsi məqsədi ilə görüləcək işlər üzrə tapşırıqlar verib.
“Report”un Palataya istinadən verdiyi xəbərə görə, kollegiya iclasında həmçinin, Hesablama Palatasının 2017-ci il üçün İş Planının layihəsi də müzakirə olunaraq təsdiq edilib.
Toplantıda Ağcabədi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Oğuz rayon Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Hacıqabul rayon İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir