Cümə , 5 Dekabr 2025
Drone Cameras

ATƏT Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı

ATƏT 30 noyabr saat 23:59-da Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanmış və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub.

Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş mexanizm tarixə qovuşur.

Bu qərar Qarabağ münaqişəsinin artıq tamamlanmış hesab edilməsi fonunda atılıb və prosesin formal olaraq da sona çatdırıldığını təsdiqləyir.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …