Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Avqust ayının birinci yarısında keçiriləcək imtahanlar – SİYAHI

Dövlət İmtahan Mərkəzi 2021-ci il avqust ayının birinci yarısında keçiriləcək imtahanlar haqqında məlumat yayıb.

DİM-dən bildirilib ki, avqustun 4-də hərbi liseylərə qəbul imtahanı və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci cəhd) keçiriləcək.

Avqustun 11-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə: əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan; iyun ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün buraxılış imtahanı; eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı və dövlət qulluğuna qəbul imtahanı (B növü) keçiirləcək.

Avqustun 12-də isə 9 və 11 illik təhsil səviyyəsi üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Check Also

Kübarlıqla şəfqətin vəhdətini yaradan həkim

İnsanı təbrik edəndə, xoş münasibət bildirəndə əsas arzularımızdan biri can sağlığı olur. “Can sağlığı arzu …