Cümə , 5 Dekabr 2025
Drone Cameras

Avropa ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən istifadə planını tənqid edir

Avropa İttifaqı diplomatları Trampın Avropa yurisdiksiyalarındakı Rusiya aktivlərinin dondurulmasını ləğv etmək səlahiyyətinin olmadığını bildiriblər və Vitkov planını qalmaqallı adlandırıblar.

Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-nin xüsusi elçisi Stiv Vitkov və Rusiya nümayəndəsi Kirill Dmitriyev tərəfindən təklif edilən layihə Brüsseldə güclü qəzəbə səbəb olub. Sənəddə Avropada dondurulmuş təxminən 140 milyard avronun Ukraynanın yenidən qurulması üçün istifadə edilməsi niyyəti qeyd olunub. Prosesə nəzarət ABŞ-ya veriləcək və plana görə, layihədən əldə edilən mənfəətin yarısı ABŞ-yə çatacaq.

Avropa diplomatları belə bir yanaşmanın Ukraynaya sözdə “təzminat krediti” verilməsi mexanizmi ilə bağlı razılığa gəlmək üçün davam edən səyləri poza biləcəyindən narahat olduqlarını bildiriblər. Keçmiş Fransa rəsmilərindən biri bildirib ki, bu təşəbbüs Vaşinqtonun maliyyə üstünlüyü əldə etmək cəhdi kimi görünür, Aİ isə Kiyevə kömək etmək üçün real yollar axtarır.

Digər Aİ nümayəndələri Donald Trampın Avropa ölkələrində yerləşən aktivləri qanuni olaraq sata bilmədiyini xatırladıblar.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …