Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Avropa çempionatı: Azərbaycan güləşçiləri turniri 9 medalla başa vurub  

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının son günündə Azərbaycan sərbəst güləş komandası daha 4 medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, Sadiq Hüseynov (45 kq) və Elman Ağayev (51 kq) Avropa çempionu olublar, Ağa Qasımov (60 kq) gümüş, Ağanəzər Novruzov (71 kq) isə bürünc medala layiq görülüblər.

Bununla da, milli komandanın medallarının sayı 9-a çatıb. Azərbaycan yığması Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub

Check Also

Messi Argentina millisində karyerasını bitirdi

Lionel Messi Argentina millisindən ayrılıb. O bu barədə sosial media hesabında məlumat verib. Messi bildirib …